Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 18-ci iclası 2022-ci il iyulun 4-5-də keçiriləcək. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
“4-5 iyul tarixlərində Nur-Sultanda Hökumətlərarası Komissiyanın 18-ci iclası keçiriləcək”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, səfir qeyd edib ki, Qazaxıstan tərəfi artıq Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının tərkibini formalaşdırıb. Şura iki ölkənin biznes dairələri arasında müntəzəm dialoq, ikitərəfli investisiya və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət maneələrinin aradan qaldırılması və biznes səviyyəsində problemli məsələlərin məqsədilə hökumətlərarası komissiya və dövlət qurumları üçün tövsiyələrin hazırlanmasında platforma rolunu oynayacaq.*
X.Nəsirzadə