İyunun 7-də Bakı Fond Birjasında (BFB) “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan 1 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
“Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. İstiqrazın hərrac qiyməti 1,000.00 AZN müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 AZN, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 AZN təşkil edib”, - deyə məlumatda bildirilir.
İstiqrazın illik faiz dərəcəsi 12%-dir. Faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.
“TBC Kredit” Gürcüstanın “TBC Bank”ının törəmə strukturudur. BOKT-un nizamnamə kapitalı $10 milyon təşkil edir.*
X.Nəsirzadə