Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfəri zamanı Ukraynadakı vəziyyəti və Moskva ilə Kiyev arasında danışıqların bərpası perspektivlərini müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional gündəliyə aid bir sıra aktual məsələlər müzakirə ediləcək”, - deyə məlumatda qeyd olunur.
Nazirlər, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.*