24 iyun tarixində “Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) rolu” adlı biznes forum keçiriləcək.
Bankdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, forum QDTİB-in Direktorlar Şurasının 24-cü İllik Toplantısı çərçivəsində baş tutacaq. Toplantı Azərbaycanın sədrliyi ilə keçiriləcək.
“Forumda Azərbaycan hökumətinin iqtisadi siyasəti müəyyən edən yüksək vəzifəli şəxsləri, iri şirkətlərin, bankların nümayəndələri və iş adamları iştirak edəcək. Forum çərçivəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq”, - deyə məlumatda vurğulanıb.*
R.Əhmədov