Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi (ƏTPM) 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinə “İnşaat Servis-2” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, şirkətlə 2 milyon manat məbləğində müqavilə bağlanıb.*
B.Rüstəmbəyov