Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyət istiqamətləri üzrə müvafiq təhlil və əsaslandırılmanın aparılması məqsədilə hüquqi məsləhətçi cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, BNA “BONAFİDE” QSC ilə 49,088 min manat məbləğində müqavilə bağlayıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev 2022-ci il fevralın 7-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, BNA publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.*
B.Rüstəmbəyov