Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03% yerinə yetirib. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Twitter hesabında yazıb.
“Belə ki, 2 milyard 63,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb, bu isə nəzərdə tutulan proqnozdan 344,39 milyon manat çoxdur”, - deyə o bildirib.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,26 milyard manat təşkil edir.*
B.Rüstəmbəyov