Milan Sedlaçek (Milan Sedláček) Çexiyanın Azərbaycandakı yeni səfiri təyin olunub.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Praqada Sedlaçek Azərbaycanın Çexiyadakı səfiri Alış Məmmədovla görüşüb.
“Praqadakı səfir Adış Məmmədov ilə Çexiyanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Milan Sedlaçek arasında səmimi və mehriban söhbət baş tutdu. Tərəflər ikitərəfli gündəlik məsələləri və Azərbaycan-Çexiya strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar”, - Azərbaycanın Çexiyadakı səfirliyinin Twitter hesabında məlumat verilir.
Sedlaçek Azərbaycanda səfir postunda Milan Ekerti əvəzləyəcək. **
R.Əhmədov