Azərbaycanda koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 832-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 10 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 714 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 63 nəfər (sutka ərzində +14) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 55 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 706 (ötən gün 2 min 508 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 914 min 600 test aparılıb.**
X.Nəsirzadə