Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 2 milyard 63 milyon 793,7 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-may aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 696 milyon 108 min manat təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 20% artıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 467 milyon 598,6 min manat (artım 29,9%), aksizlər üzrə 53 milyon 470,6 min manat (azalma 14%), yol vergisi üzrə 23 milyon 332,6 min manat (artım 36,4%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 514 milyon 391,9 min manat (artım 13,5%) məbləğində olub.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,26 milyard manat təşkil edir.**
B.Rüstəmbəyov