İyunun 10-da “Bank Respublika”nın 5 milyon manat məbləğində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 5 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 8,5%-dir. Kupon faizlərinin ödənişi hər 3 aydan bir həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verildiyi kimi, “Bank Respublika” 2022-ci ilin fevral və aprel aylarında hər biri 15 milyon manat məbləğində olmaqla iki dəfə istiqraz yerləşdirib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur. Bankın əsas səhmdarı iş adamı Natiq Quliyevdir (2020-ci ilin sonuna kapitalda payı 67,7502%-dir).**
X,Nəsirzadə