Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar çərşənbə günü İzmirdə hərbi sahədə əməkdaşlığın inkişafını müzakirə ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub”, - Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün Həsənov Türkiyədə işgüzar səfərdədir. **
R.Kərimov