Ermənistan və Azərbaycan münasibətlərin normallaşması məsələsində irəliləyiş əldə etmək imkanına malikdirlər. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfri brifinqdə bildirib.
“İndi Azərbaycan və Ermənistan üçün münasibətlərin normallaşması və münaqişənin sülh yolunun axrarışı ilə bağlı irəliləyiş imkanının olduğuna dair həqiqi ümid var”, - “İnterfaks-Azərbaycan” agentliyi onun sözlərindən sitat gətirir.
“Hesab edirəm ki, biz hər iki ölkənin mühüm addımlar atdığını gördük, ABŞ bunu olduqca təşviq edir”, - ABŞ dövlət katibinin köməkçisi əlavə edib.
Donfrid qeyd edib ki, həmçinin bu məsələ dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haclyev ilə ABŞ-da keçirilən görüşü zamanı müzakirə olunub. **
R.Kərimov