Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib.
“İnterfaks-Azərbaycan” agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş İzmirdə keçirilən “Efes-2022” çoxmillətli təlimi çərçivəsində baş tutub.
“Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov