Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki, ölkəsində daxili siyasi böhran yoxdur.
“Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistanda daxili siyasi böhran yoxdur. (...). Bütün məsələlər, o cümlədən Azərbaycan, Türkiyə ilə münasibətlər, Qarabağ məsələsi ilə bağlı mövqeyimiz məlumdur. Bəs bu qüvvələr (müxalifət) nə deyir? Onlar deyirlərmi ki, hakimiyyətə gələcəkləri təqdirdə Qarabağa dair üçtərəfli bəyanatları ləğv edəcəklər və yaxud Azərbaycanla sərhədlərin delimitasiyası prosesindən və ya regional kommunikasiyaların açılması prosesindən çıxacaqlar? Bu barədə bir kəlmə də yoxdur. Güman edirəm ki, onlar bu mövzularla yalnız spekulyasiya edirlər”, - deyə o, bu gün rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.*