Prezident İlham Əliyev iyunun 9-da “Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1 milyon manat ayrılır.
Məmmədabad–Genişkənd avtomobil yolu dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.*
B.Rüstəmbəyov