Azərbaycanda koronavirus infeksiyasına son sutkada 15 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 847-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 12 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 714 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 70 nəfər (sutka ərzində +7) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 63 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 988 (ötən gün 2 min 706 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 916 min 588 test aparılıb.*
B.Rüstəmbəyov