Müdafiə Nazirliyi Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimlərinin keçirilməsi ilə bağlı məlumat yayıb.
“Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin əsas xüsusiyyəti Vətən müharibəsi və digər müasir müharibələrin təcrübəsinə əsaslanan yeni taktiki hərəkətlərin yerinə yetirilməsi, o cümlədən şərti düşmənin uzaqdan aşkar olunması sisteminin geniş tətbiqi ilə onun daha effektiv məhv edilməsidir”, - deyə məlumatda bildirilir.
Təlimlərin ssenarisinə əsasən, aşkar olunan şərti düşmən hədəfləri müxtəlif aviasiya vasitələri, motoatıcı, artilleriya və tank bölmələri tərəfindən qarşılıqlı əlaqədə məhv edilir.*
X.Nəsirzadə