25 iyul tarixində "Yelo Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankın məlumatına əsasən, səhmdarlar auditor tərəfindən təsdiqlənmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatını təsdiq etməli və digər məsələləri müzakirə etməlidirlər.
"Yelo Bank" 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Əsas səhmdarı “Topaz Investment”dir. **
X.Nəsirzadə