2022-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 814,146 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 400,904 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin birinci rübü ərzində birbaşa xarici investisiyaların həcmi 15,9% artıb.
Birinci rüb ərzində tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 59,5%-i (2021-ci ilin birinci rübü ərzində 89,2%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $735,2 milyon (artım 4.9 dəfə), xüsusi çəkisi 40,5% (2021-ci ilin birinci rübündə - 10,8%) təşkil edib.
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($429,05 milyon, azalma 16,4%), Türkiyə ($248,642 milyon, artım 17,3%), RF ($248,819 milyon, artım 15,9 dəfə), İsveçrə ($116,146 milyon, artım 85,4 dəfə) və Kipr ($263,727 milyon, artım 2,9 dəfə) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($289,505 milyon), İran ($268,593 milyon), Norveç ($163,038 milyon), Gürcüstan ($82,442 milyon) və BƏƏ də ($71,07 milyon) daxildir.
Azərbaycana birbaşa investisiyaların hcminə görə TOP-10-na ABŞ - $94,509 milyon, İran - $85,676 milyon, Yaponiya - $69,591 milyon, Norveç - $38,996 milyon və BƏƏ - $20,004 milyon daxildir.
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2020-ci illə müqayisədə 5,9% artaraq $4 milyard 795,3 milyon təşkil edib.**
A.Əzizov