2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan kapitalın repatriasiyasının həcmi $2 milyard 839,4 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2021-ci ilin birinci rübündə Azərbaycandan $1 milyard 277,9 milyon məbləğində kapital çıxarılıb. “İnterfaks-Azərbaycan” məlumat verir ki, beləliklə, 2022-ci ilin birinci rübü ərzində Azərbaycandan kapitalın repatriasiyasının həcmi 2,2 dəfə artıb.
AMB-nin məlumatına əsasən, 2022-ci ilin birinci rübündə repatriasiyanın strukturunda 1,1 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları tərəfindən mənfəət nefti və qaz halında kapitalın repatriasiyasının payına düşüb (2021-ci ilin yanvar-mart aylarında - $351,1 milyon).
AMB qeyd edir ki, 2022-ci ilin birinci rübündə qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər $166 milyon (2021-ci ilin yanvar-mart aylarında - $173,8 milyon), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər $52,5 milyon (bir il əvvələ nisbətən $52,8 milyon), digər ödənişlər $78,3 milyon (2021-ci ilin yanvar-mart aylarında - $105,6 milyon) təşkil edib.
2021-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2020-ci illə müqayisədə 54,5% - $6 milyard 907,9 milyonadək artıb.**
A.Əzizov