2022-ci ilin yanvar-mart aylarında Azərbaycan rezidentlərinin xaricdə birbaşa xarici investisiyaları $211,373 milyon təşkil edib, bu da 2021-ci ilin birinci rübünün göstəricisindən 57,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan rezidentləri tərəfindən daha çox Avstraliya iqtisadiyyatına sərmayə yatırılıb - $56,244 milyon (2021-ci ilin birinci rübündə belə sərmayələr həyata keçirilməyib) və ya bu dövr ərzində bütün BXİ-nin 26,6%-ni təşkil edir.
Həmçinin Azərbaycan rezidentlərinin BXİ həyata keçirdikləri TOP-5 ölkələrin sırasına daxildir: BƏƏ - $46,705 milyon (artım 17,7 dəfə), Türkiyə - $22,737 milyon (аrtım 16,1%), Almaniya - $13,555 milyon (artım 41,3 dəfə) və Böyük Britaniya - $10,077 milyon (azalma 73%).
2022-ci ilin yanvar-mart aylarında Azərbaycan rezidentləri RF-yə BXİ-ni 34,6% - $1,274 milyonadək azaldıb və ya xaricdə bütün BXİ-nin 0,6%-ni təşkil edir. **
A.Əzizov