Cümə günü Azərbaycan Mərkəzi Bankında ölkədə həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib. Bu barədə AMB-nin mətbuat xidmətindən məlumat verilir.
Görüş iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunu müzakirə ediblər.
AMB tərəfindən həyat sığortası sahəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması risklərinə dair geniş məlumat verilib.
“Bu sahədə sözügedən istiqamətdə daxili nəzarət sistemlərinin davamlı təkmilləşdirməsi məsələləri ətrafında müzakirə aparılıb”, - AMB-dən vurğulanır. **
X.Nəsirzadə