“Fitch” Beynəlxalq reytinq agentliyi “GeoProMining” filiz-mədən şirkətinin emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqlərini “B+/B”səviyyəsində “mənfi” proqnozla təsdiq edib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, təsdiq etdikdən sonra “Fitch” “kommersiya xarakterli” səbəblərə istinad edərək “GeoProMining”in bütün reytinqlərini geri çağırıb.
Agentliyin prezz-relizində deyilir ki, geri çağırılan zaman uzunmüddətli reytinq proqnozu “mənfi” olub, bu da Zod qızıl yatağının (Azərbaycan-Ermənistan sərhədində) ehtiyatlarının bir hissəsinin şirkət tərəfindən itirilməsi riskini əks etdirir. Buna səbəb, şirkətlə Azərbaycan hökuməti arasında yatağa çıxış məsələsi ilə əlaqədar davam edən danışıqlardır.
Həmçinin, “mənfi” proqnoz Rusiyada əməliyyat mühitinin pisləşməsini nəzərə alıb.
“GeoProMining” – Rusiya və Ermənistanda aktivləri olan filiz-mədən şirkətidir. **