Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov arasında Türkmənistan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə təbrik məktubu mübadiləsi olub.
“Hesab edirəm ki, Azərbaycan ilə Türkmənistan arasında bütün sahələrdə, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq”, - Əliyevin təbrik məktubunda deyilir.
Öz növbəsində, Berdiməhəmmədov qeyd edib ki, Bakı və Aşqabad siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə müvəffəqiyyətlə əməkdaşlıq edirlər.
“Zamanın sınağından keçmiş faydalı əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün bundan sonra da lazımi səyləri göstərməyə hazır olduğumuzu təsdiq edirik”, - Türkmənistan lideri qeyd edib. **