Şənbə günü Bakıda “Ferrari”nin pilotu Şarl Lekler “Formula-1” yarışları üzrə dünya çempionatının səkkizinci mərhələsində Azərbaycan Qran-Prisinin sıralama turunda ən yaxşı nəticə göstərib.
Həmçinin, ilk üçlüyə “Red Bull”un pilotu Serxio Peres və onun komanda yoldaşı Maks Ferstappen daxil olublar.
Təşkilatçılar yarışı 15 dəqiqə gec başlayıblar, bunu şənbə günü keçirilən “Formula-2” zamanı baş vermiş qəza nəticəsində zədələnmiş qoruyucu maneələrin bərpasının zəruriliyi səbəbindən üçüncü azad yürüşün cədvəlindəki dəyişikliklərlə izah ediblər.
Formula-1” Azərbaycan Qran-Prisinin qalibi bazar günü bəlli olacaq. Həlledici yürüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Pilotlar Bakıda yaxşıların yaxşısını müəyyən etmək üçün 51 dairə qət etməlidirlər. **
R.Kərimov