Azərbaycan prezidenti İlham Əliyev gələcəkdə Bakı ilə Moskva arasında münasibətlərin möhkəmlənəcəyinə əminlik ifadə edib.
“Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək”, - Əliyev iyunun 12-də qeyd olunan Rusiya Günü münasibətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubunda yazıb.
Təbrik məktubunun mətni bazar günü Azərbaycanın dövlət başçısının saytında dərc olunub.
Əliyev qeyd edib ki, “xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır”.
“Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur”, - prezident yazıb.
Azərbaycan prezidenti vurğulayıb ki, “cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib”.
Əliyev Putinə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya x lqına isəıəmin-amanlıq və firavanlıq arzu edib. **
R.Kərimov