Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7830 manat/1EUR səviyyəsində (iyunun 10-na 1,8075 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0292 manat/1RUB səviyyəsində (iyunun 10-na 0,0294 manat/1RUB) müəyyən edib.
İyunun 13-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0984 manat/1TRY səviyyəsində (iyunun 10-na 0,0987 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov