“PAŞA Bank”ın səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
“Bankın səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun 2022-ci il tarixindən etibarən Cavid Quliyev “PAŞA Bank”ın baş icraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xatırladaq ki, Taleh Kazımov 2022-ci ilin aprel ayında Azərbaycan Respublikası Mərkəzi Bankının sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdır. “PAŞA Bank”ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə aprelin 12-dən bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilmişdir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Ador” MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə