Krasnoyarsk diyarının iş adamları 19-21 oktyabr 2022-ci il tarixlərində Bakıda keçiriləcək “Bakubuild” - 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak etməyi planlaşdırırlar. Bu barədə diyarın İxraca Dəstək Mərkəzinin rəhbəri Nataliya Abramova məlumat verib.
“İxraca Dəstək Mərkəzi Krasnoyarsk diyarının iş adamlarının 2022-ci il oktyabr ayının 19-21-də “Bakubuild” - 27-ci Beynəlxalq İnşaat Sərgisində kollektiv stendlə iştirakını təşkil edəcək”, - deyə Abramova videokonfransda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov videokonfransda Azərbaycanla əməkdaşlığın ən perspektivli istiqamətləri və Krasnoyarsk diyarının iş adamlarının azərbaycanlı tərəfdaşlarla işgüzar əlaqələrinin inkişafı imkanlarından, Rusiya məhsullarının təşviqi istiqamətində maneələrdən danışıb.*
X.Nəsirzadə