DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi “Elmanado” MMC ilə 9 milyon 355,879 min manat məbləğində müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyiwww.tender.gov.azsaytına istinadən xəbər verir ki, müqavilədə sıravi furajkası, yay və qış səhra papaqları, pulover, isti qış gödəkçələri, qış səhra gödəkçələri, kostyum, yay şalvarı, mayka, qısaqol və uzunqol köynəklərin satın alınması nəzərdə tutulur.*
B.Rüstəmbəyov