Azərbaycanda koronavirus infeksiyasına son sutkada yeni yoluxma faktı qeydə alınmayıb, yoluxma hallarının ümumi sayı 792 min 884-ə bərabərdir. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 14 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 3-cü gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 715 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 94 nəfər (sutka ərzində +3) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 75 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 150 (ötən gün 1 min 941 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 924 min 498 test aparılıb.*
X.Nəsirzadə