2022-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 5 milyard 803 milyon 736,4 min manat vergi daxil olub, artım 52,3% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-nin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə proqnoza 149,3% əməl edilib.
Ödənilən vergilərin 67,3%-i qeyri-neft-qaz sektorunun, 32,7%-i isə neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 906 milyon 523,9 min manat (artım 41,8%) olub, proqnoza 130,3% əməl edilib.
Neft-qaz sektorundan daxilolmalar 1 milyard 897 milyon 212,5 min manat təşkil edib.
2022-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 815 milyon 822,4 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 19,5% artaraq 62 milyon 641,7 min manat təşkil edib.
2022-ci il iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 684,699 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı isə 36,666 min vahid təşkil edib.*
B.Rüstəmbəyov