İndiyədək Azərbaycanın vergi orqanları tərəfindən 62,747 min ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2022-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1% çoxdur”, - deyə məlumatda bildirilir.
“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” Nazirlər Kabineti tərəfindən təsdiq edilib və proses 4 mərhələdən ibarətdir. Yeni nəsil NKA-lar 2022-ci ilin sonunadək bütün ölkə ərazisində tətbiq olunacaq.*
B.Rüstəmbəyov