Azərbaycanda koronavirus infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 903-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün yoluxma faktı qeydə alınmayıb.
Ardıcıl olaraq 4 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 715 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 103 nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 85 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 217 (ötən gün 1 min 150 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 926 min 715 test aparılıb.**
E.Şəfiyev