Rusiya cari kənd təsərrüfatı ili ərzində (1 iyul 2021-ci ildən 14 iyun 2022-ci ilədək) Rusiya 42,6 milyon ton taxıl, həmçinin 35,6 milyon ton buğda ixrac edib. Bu barədə Rusiya Taxıl İttifaqının monitrinqində qeyd edilir.
İttifaqın analitika departamentinin direktoru Yelena Tyurina “İnterfaks”a məlumat verib ki, fevralın 15-dən qüvvədə olan ixrac kvotası çərçivəsində 9,54milyon ton taxıl, həmçinin 7,4 milyon ton buğda, 1,5 milyon ton qarğıdalı, 570 min ton arpa və 40 min ton çovdar göndərilib.
“Beləliklə, kvotanın qüvvədə olduğu qalan dövr ərzində 30 iyun 2022-ci ilədək 1,46 milyon ton dənli bitkilər, həmçinin 576 min ton buğda göndrilə bilər”, - deyə o xatırladıb ki, kvotanın hıcmi 11 milyon ton, həmçinin 8 milyon ton buğda təşkil edir.
Beləlikı, kvotanın qüvvədə olduğu dövrdə Liviya 275 min ton buğda, İsrail – 270 min ton buğda, BƏƏ – 132 min ton buğda, Keniya – 130 min ton buəda, Əlcəzair – 116 min ton buğda alıb. Həmçinin, Sudan, Yəmən, Səudiyyə Ərəbistanı, Yunanıstan, Azərbaycan, Nigeriya, Suriya, Gürcüstan, Tunis, Seneqal, Mozambik, Qana, Benin fəal Rusiya buğdasının alıcısı olub. Eyni zamanda, ekspert diqqətə çatdırıb ki, Afrika ölkələri kifayət qədər fəal Rusiya buğdasının alıcısı olublar. **