Çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib.
“İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən məlumat verir ki, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılmasıdır.
“Bununla əlaqədar görüşdə sığorta bazarında şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Asossiasiyası, və bazar iştirakçılarının birgə əməkdaşlığının daha da genişləndirilməsi məsələləri müzakirə olunub”, - AMB-nin məlumatında deyilir.
Bu, Taleh Kazımovun AMB-nin sədri təyin olunandan sonra (2022-ci ilin aprel ayından - İF) sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. **
R.Əhmədov