Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.
Məktubun mətni bu gün dövlət başçısının saytında dərc olunub.
İ.Əliyev qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.
O vurğulayıb ki, Azərbaycan-Türkiyə ittifaqı iki ölkə ilə yanaşı, bütün Türk dünyası üçün də vacibdir.
“Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır”, - deyə məktubda bildirilir.*