Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.
“Əliyev və Donfrid Azərbaycan ilə ABŞ arasında son 30 il ərzində iqtisadiyyat, enerji, təhlükəsizlik və digər sahələrdə aparılan tərəfdaşlığı müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Dövlət katibinin köməkçisi Ukraynaya göstərdiyi dəstəyə, o cümlədən humanitar ianələr, təcili yardım maşınları üçün yanacaq və dəstək bəyanatlarına görə Azərbaycana təşəkkür edib.
Donfrid bölgədə sülhə doğru müsbət mühitin formalaşmasını qeyd edərək, Avropa İttifaqı vasitəçiliyi ilə aparılan sülh danışıqlarının ABŞ tərəfindən dəstəklənməsini vurğulayıb.*
E.Şəfiyev