Bolqarıstanın baş naziri Kiril Petkov iyunun 16-da Azərbaycana səfər edəcək. Bu barədə Bolqarıstan Milli Televiziyası bu gün məlumat yayıb.
“Bakıya səfər çərçivəsində K.Petkov Prezident İlham Əliyevlə görüşəcək, enerji sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü danışıqların əsas mövzusunu təşkil edəcək”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti aprelin 27-də Bolqarıstanın “Bulqarqaz” və Polşanın PGNiG şirkətlərinə qaz tədarükünü tam dayandırıb. Buna səbəb qazın pulunun rublla ödənilməsindən imtina olunmasıdır.*