20-24 iyun tarixlərində RF-nin Voloqda vilayətinin sahibkarlarının Azərbaycana onlayn missiyası planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a RF-nin Ticarət Nümayəndəliyindən məlumat verilib.
“İyunun 14-də Rusiya Sənayə və Ticarət Nazirliyinin “Ticarət nümayəndəsi ilə bir saat” layihəsi çərçivəsində Rusiyanın Azərbaycandakı Nümayəndəliyi ilə Voloqda vilayətinin İqtisadi İnkişaf Departamenti və regional İxraca Dəstək Mərkəzi ilə birgə təşkil olunan Voloqda vilayətinin biznrs nümayəndələri ilə videokonfarns keçirilib. Tədbir Voloqdanın kiçik və orta müəssisələrinin Azərbaycana onlayn biznes missiyası ərəfəsində baş tutub”, - TN-dən qeyd edəblər.
Tədbirdə qeyd edilib ki, Voloqda-Azərbaycan biznes əməkdaşlığının möhkəmlənməsi məqsədilə 2022-ci il iyunun 20-dən 24-dək Voloqda vilayətinin İxraca dəstək Mərkəzinin himayəsi ilə Azərbaycana onlayn biznes missiya planlaşdırılır. **
R.Əhmədov