Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7745 manat/1EUR səviyyəsində (iyunun 14-nə 1,7717 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0297 manat/1RUB səviyyəsində (iyunun 14-nə 0,0300 manat/1RUB) müəyyən edib.
İyunun 16-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0985 manat/1TRY səviyyəsində saxlayıb. **