Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyon ədədə qədər artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bəyan edib. “1 iyun 2022-ci il tarixinə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyon ədədə çatıb, bu da ötən ilin eyni dövrünə nisbətən 20% çoxdur”, - Osmanov cümə axşamı "Fintex Summit"də çıxışında bildirib.
Osmanov qeyd edib ki, hesabat dövründə nağdsız ödənişlərin həcmi 2,2 dəfə - 8 milyard manatadək artıb. Kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 40%-ə çatıb.
Bundan əlavə, direktor bildirib ki, elektron ticarətin həcmi 2,7 dəfə - 6 milyard manatadək artıb. **
X.Nəsirzadə