2022-ci ilin əvvəlindən Azərbaycanda bank əməliyyatlarının 69%-i elektron daşıyıcılar üzərindən həyata keçirilib. Bu barədə Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev bəyan edib.
“Bu il (yanvar-apreldə - İF) bank əməliyyatlarının 69%-i elektron daşıyıcılar üzərindən həyata keçirilib. Bu, ötən ilin analoji dövrünə nisbətən 7 faiz bəndi çoxdur”, - Nuriyev cümə axşamı "Fintex Summit"də çıxışında bildirib.
Nuriyevin sözlərinə görə, Azərbaycanda onlayn ödənişlərin həcmi mühüm dərəcədə artıb. Belə ki, əgər koronavirus pandemiyasından əvvəl bir il ərzində elektron ödənişlərin həcmi 4,3 milyard manat təşkil edirdisə, artıq cari ilin yanvar-aprel ayları ərzində bu göstərici 6 milyard manat təşkil edib.
“Cari ildə bütün bank əməliyyatlarının say baxımından 75%-i, həcm baxımından 40%-i nağdsız hesablamaların payına düşür. Bu müvafiq olaraq 10 f.b və 13 f.b. artım demıkdir”, - Nuriyev vurğulayıb. **
X.Nəsirzadə