Azərbaycan prezidenti İlham Əliyev İrəvanı yenidən Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə və “Qarabağın statusu” mövzusunu qaldırmamağa çağırıb.
"Bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq.Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir. Çünki “Dağlıq Qarabağ” mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa istənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq. Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir", - Əliyev cümə axşamı IX Qlobal Bajkı Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyursa, o zaman bununla Bakını Ermənistan ərazisi barədə analoji addımlar atmağa vadar edir.
"Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq.Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var", - Əliyev qeyd edib.
Onun sözlərinə görə, 1920-ci ilin noyabrında Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra "sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib".
Əliyev əlavə edib ki, “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsərini unutmamalıdır və Azərnbaycana qarşı istənilən ərazi iddialarından əl çəkməlidir”.
Həmçinin, prezdent vurğulayıb ki, Azərbaycan öz Konstitusiyası çərçivəsində Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyini təmin edəcək. “Diqqətinizi çəkmək istədiyim digər məsələ Azərbaycanda yaşayan ermənilərlə əlaqədardır. Mən düşünürəm ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən bəyan edilmiş və Brüsseldə Prezident Mişel, mənim özüm və Baş nazir Paşinyan arasında üçtərəfli görüşün nəticəsi olan bəyanat aydın şəkildə deyir ki, Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam dəstəkləyirik. Bütün Azərbaycan xalqının hüquq və təhlükəsizliyi bizim konstitusiyamız tərəfindən təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhali Azərbaycandakı ən böyük etnik azlıq deyil. Ona görə də bizim konstitusiyamız bir çox illərdir ki, Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla, bütün millətlərə bərabər hüquqlar təmin edir. Ona görə də hüquq və təhlükəsizliyin əlbəttə ki, biz qayğısına qalacağıq”, - o əlavə edib. **
E.Şəfiyev