Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı ATƏT-in Minsk qrupu mövzusu ilə bağlı spekulyasiya etməməyə çağırıb və hazırda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi aktualdır.
“Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb”, - Əliyev IX Qlobal Bakı Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra ATƏT-in Minsk qrupunun üç həmsədrinin (RF, ABŞ və Fransa - İF) bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. “Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək”, - prezident qeyd edib.
“Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Bakı şaddır ki, Ermənistan hökuməti münasibətlərin normallaşması üçün Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul etdi. “İndi biz bu proseslə əlaqədar praktiki işlər görməliyik”, - prezident əlavə edib.
Əliyev vurğulayıb ki, Ermənistan, regionda kommunikasiyaların açılması da daxil olmaqla, 10 noyabr 2022-ci il tarixli bəyanatın bütün nbəndlərini yerinə yetirməlidir. **
A.Əzizov