Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan Tbilisə keçirilməsi nəzərdə tutulan üç Cənubi Qafqaz ölkəsinin XİN başçılarının görüşündən aydın olmayan səbəblərdən imtina edib.
“Bu məsələ ilə bağlı gürcü həmkarlarımızla məsləhətləşmələr apardıq. Gürcüstan hökuməti bu ideyanı dəstəkləyir: Gürcüstanda XİN başçıları səviyyəsində üçtərəfli görüş təşkil etmək, dialoqa başlamaq. Əfsuslar olsun ki, Ermənistan imtina etdi. Səbəb mənə məlum deyil. Heç bir məntiqi izah tapa bilmirəm”, - Əliyev cümə axşamı IX Qlobal Bakı Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, Avropa institutları da analoji təkliflərlə çıxış ediblər, lakin Ermənistan tərəfindən “yenidən imtina olunub”.
“Əgər Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmirsə, o zaman sual yaranır: onlar nə istəyirlər? Daha bir müharibə onlar üçün faciə olacaq və onlar bunu çox yaxşı anlayırlar”, - Əliyev əlavə edib. **
E.Şəfiyev