2021-ci ilin sonuna Azərbaycanda mikro, kiçik və orta sahibkarların kreditləşməsi üzrə bankların portfeli 4,5 milyard manat həcmində qiymətləndirilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu barədə Mərkəzi Bankın saytında dərc olunan 2021-ci il ərzində maliyyə sabitliyi hesabatında qeyd olunur.
AMB-nin məlumatına əsasən, 2018-ci ilin sonuna MKOS-un kreditləşməsi üzrə bankların portfeli 2,9 milyarda manat həcmində qiymətləndirilirdi.
“2018-2021-ci illərdə banklar bu sektorun kreditləşməsi üzeə portfeli 55% artırıb”, - AMB-dən qeyd edilir.
Bankdan vurğulanır ki, 2021-ci ilin sonuna bankların bines kreditlər üzeə ümumi portfelində MKOS-un payı 2018-ci ilin sonuna 36%-ə qarşı 46% təşkil edib (2020-ci ilin sonuna – 41%).
“MKOS subyektlərinin kreditləşməsinin təminində dövlət dəstək mexanizmlərinin mühüm əhəmiyyəti var. 2018-ci ildə etibarən dövlət fondlarının vəsaitləri hesabına MKOS subyektlərinə verilmiş kreditlərin həcmi 58% artaraq 0.6 mlrd. manata çatıb. Son illər bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, bankların öz vəsaiti hesabına verilmiş kreditlərin cəmi portfeldə payı son 3 ildə 9 f.b. artaraq 84%-ə çatıb”, - hesabatda deyilir. **
A.Əzizov