Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvilini qəbul edib.
“Prezidentlər regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıblar. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edildi”, - Azərbaycan prezientinin saytındakı məlumatda qeyd olunur.
Prezident Salome Zurabişvili cümə axşamı keçirilən IX Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıya gəlib. **
E.Şəfiyev