Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 925-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 16 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 6 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 715 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 130 nəfər (sutka ərzində +15) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 80 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 714 (ötən gün 2 min 826 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 932 min 255 test aparılıb.**
B.Rüstəmbəyov